Yazını böyüt
Yazını kiçilt
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib.
Azərbaycan Kamandan Oxatma Federasiyasından hafta.az-a verilən məlumata görə, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir. Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.
Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar. Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da baş tutacaq. Həmin gün çempionatın qalibləri müəyyənləşəcək.